Pakistanda avtobusların toqquşması nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb

Pakistanda avtobusların toqquşması nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb Pakistanın cənubundakı Sind əyalətinin Nəvab Şah rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Digər ölkələr
26 İyun , 2023 08:29
 Pakistanda avtobusların toqquşması nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb

Pakistanın cənubundakı Sind əyalətinin Nəvab Şah rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə “Report” “Sinxua” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, əks istiqamətdə hərəkət edən iki avtobus bir-birinə çırpılıb. Qəza nəticəsində onlarla insan xəsarət alıb.

Pakistan Xilasetmə Xidməti bildirib ki, bir neçə nəfər sıxılmış avtobuslarda qalıb və avtobusdan düşə bilməyiblər. Hadisə yerinə gələn xilasedicilər xəsarət alanları yerli xəstəxanalara çatdırıblar.

Ölənlər arasında qadınlar və uşaqlar da var.

Son xəbərlər

Orphus sistemi