Pakistanın Bəlucistan vilayətində törədilən terror aktları nəticəsində 12 nəfər qətlə yetirilib.
“Report” xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.
Qvadar bölgəsində (ölkənin cənub-qərbindəki Bəlucistan əyaləti - Red) naməlum silahlıların “Oil & Gas Development Company Ltd”nin avtomobil karvanına hücum etməsi nəticəsində altı hüquq mühafizə orqanının əməkdaşı həlak olub. Hücumun yeri mühasirəyə alınıb, cinayətkarların axtarışı davam edir.
Digər hadisə Razmak bölgəsində (ölkənin şimal-qərbindəki Şimali Vəziristan - Red) qeydə alınıb.
Belə ki, magistral yola qoyulan mina hərbi maşın konvoyu keçən zaman partladılıb. Nəticədə Pakistan ordusunun 6 hərbçisi şəhid olub.