Son sutkada sel və daşqınlar nəticəsində Pakistanda azı 28 nəfər ölüb.
“Report” “Doon” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Fövqəladə Hallar İdarəsindən bildirilib.
Məlumata görə, iyul ayından yağan leysanlar nəticəsində ölənlərin ümumi sayı 400-ə yaxındır.
Vurğulanıb ki, təbii fəlakət 8,6 min yaşayış və inzibati binanı dağıdıb, minlərlə sakin evsiz qalıb. Sel 50 körpünü aparıb, 650 km uzunluğunda avtomobil yolu su altında qalıb. Ölkənin Bəlucistan əyalətində 200 min hektara yaxın ərazini su basıb, 20 min sakin dami yaşayış yerinin tərk edib.