Pakistanın Heybər Pahtumva əyalətində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 2 hərbçi həlak olub, 2-si yaralanıb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, avtomobildə 4 hərbçi olub.
Hadisə əyalətin Bajaur rayonunda törədilib. Hərbçilərin olduğu nəqliyyat vasitəsi ərazidən keçərkən bomba partladılıb.
Məlumata görə, Pakistanda genişmiqyaslı antiterror əməliyyatı aparılır. Ölkənin Silahlı Qüvvələri və başqa güc strukturları “Taliban” qruplaşmasına qarşı əməliyyat keçirir. 2014-cü ildən indiyədək keçirilən antiterror əməliyyatları nəticəsində 5 mindən çox terrorçu məhv edilib, 700-dən çox hərbçi şəhid olub.