Pakistanda terror aktı nəticəsində ölən hərbçilərin sayı 14-ə çatıb - YENİLƏNİB

Pakistanda terror aktı nəticəsində ölən hərbçilərin sayı 14-ə çatıb - YENİLƏNİB Altı yaraqlı Pakistanın mərkəzində hava qüvvələri bazasına hücum edərək üç təyyar və bir tankeri zədələyib.
Digər ölkələr
4 Noyabr , 2023 09:49
Pakistanda terror aktı nəticəsində ölən hərbçilərin sayı 14-ə çatıb - YENİLƏNİB

Pakistanın iki əyalətində təhlükəsizlik qüvvələrinə qarşı bombalı hücum nəticəsində 14 hərbçi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Pakistan hökumətinə verilən başsağlığında deyilir.

Bildirilib ki, Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə aid iki avtomobilə terror hücumu nəticəsində 14 hərbçi şəhid olub.

Bundan başqa, Xeybər Patunhva əyalətində polis əməkdaşlarına məxsus xidməti mikroavtobusa yaxın yerdə törədilən partlayış nəticəsində isə 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

08:51

Altı yaraqlı Pakistanın mərkəzində hava qüvvələri bazasına hücum edərək üç təyyarə və bir tankeri zədələyib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Pakistan ordusuna istinadən məlumat yayıb.

Hərbçilərin 3 yaraqlını məhv etdiyi, qalan hücumçuların mühasirəyə alındığı qeyd edilir.

Hazırda ərazinin təmizlənməsi üzrə əməliyyat aparılır.

Son xəbərlər

Orphus sistemi