2022-ci ilin oktyabrından 2023-cü ilin sentyabrınadək Panama kanalından keçən gəmilərin sayı illik müqayisədə 3,6 faiz azalaraq 11 663 ədəd olub.
"Report" Panama Kanalı İdarəsinin məlumatına istinadən xəbər verir ki, son aylarda havanın quru keçməsi, yağışın yağmaması kanalın suyunun 13,41 metrədək enməsinə səbəb olub.
Gündəlik keçən gəmilərin orta sayı 38-dən 36-ya, hətta bəzi günlərdə 32-yə düşüb. 2023-cü ildə Panama kanalından 12 min 527 gəminin keçəcəyi və 2024-cü ilə qədər bu rəqəmin daha da azalacağı gözlənilir.