“Ukrayna ilə bağlı mövqelərin yaxınlaşması üçün əlaqələri inkişaf etdirən Vatikan danışıqlarda vasitəçilik məsələsində, həmçinin atəşkəsin əldə edilməsi üçün mümkün olan hər işi görməyə hazırdır”.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk "La Stampa" qəzetinə müsahibəsində deyib.
O, Vatikanın vəziyyətin inkişafını daim izlədiyini və rəsmi Moskva ilə Kiyev arasında sülhün mümkün olduğunu bildirib.
Fransisk Vatikanın Ukrayna xalqına humanitar yardım göstərmək siyasətinə sadiq olduğunu vurğulayıb.