Papua-Yeni Qvineyada 5,1 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Kokopo şəhərindən 135 km cənub-qərbdə yerləşib. Onun ocağı yerin 35 km dərinliyində olub.
Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.