Paraqvayın deputatı və daha üç nəfər təyyarə qəzasında həlak olub

Paraqvayın deputatı və daha üç nəfər təyyarə qəzasında həlak olub Paraqvaylı deputat və daha üç nəfər Cənubi Amerika ölkəsində təyyarə qəzasına uğrayaraq həlak olub.
Digər ölkələr
3 Dekabr , 2023 05:53
Paraqvayın deputatı və daha üç nəfər təyyarə qəzasında həlak olub

Paraqvaylı deputat və daha üç nəfər Cənubi Amerika ölkəsində təyyarə qəzasına uğrayaraq həlak olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, təyyarə havaya qalxandan qısa müddət sonra yerə çırpılıb. Nəticədə hakim Kolorado Partiyasının parlamentarisi Uolter Harms və komandasının daha üç üzvü həlak olub.

“Həmkarımız, dostumuz və xəyaldaşımız Uolter Harmsın vəfatı ilə bağlı üzücü xəbəri dərin ağrı ilə alıram”, – Paraqvayın vitse-prezidenti Pedro Alliana sosial şəbəkədə yazıb.

Son xəbərlər

Orphus sistemi