Parisdə leysan zamanı bir nəfər ölüb, xəsarət alanlar var

Parisdə leysan zamanı bir nəfər ölüb, xəsarət alanlar var Şiddətli yağışlar səbəbindən narıncı xəbərdarlıq elan edilən Parisdə ağacın aşması nəticəsində 1 nəfər ölüb, 2 uşaq yaralanıb.
Digər ölkələr
18 Oktyabr , 2024 08:58
Parisdə leysan zamanı bir nəfər ölüb, xəsarət alanlar var

Şiddətli yağışlar səbəbindən narıncı xəbərdarlıq elan edilən Fransanın paytaxtı Parisdə ağacın aşması nəticəsində 1 nəfər ölüb, 2 uşaq yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər yayıb.

Məlumata görə, hadisə Fransa paytaxtının 19-cu dairəsində baş verib.

"Bir kişi və iki uşaq yolda gedərkən ağac yolun kənarına aşıb. Kişi ağır yaralanıb və ölüb", - paytaxtın polis prefekturasından bildiriblər.

Qonşuların sözlərinə görə, mərhumun yanında məktəbdən apardığı iki azyaşlı qızı olub. Xəsarət alan uşaqlara təcili tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi