Parisdə polis şübhəli sürücüyə atəş açıb

Parisdə polis şübhəli sürücüyə atəş açıb Paris polisinin əməkdaşları velosipedlə patrul çəkərkən onların tələblərinə məhəl qoymayan sürücüyə atəş açıblar.
Digər ölkələr
4 İyun , 2022 17:00
Parisdə polis şübhəli sürücüyə atəş açıb

Paris polisinin əməkdaşları velosipedlə patrul çəkərkən onların tələblərinə məhəl qoymayan sürücüyə atəş açıblar.

“Report” TASS-a istinadən xəbər ki, hüquq-mühafizə orqanı əməkdaşları sürücüdən avtomobildən çıxmağı tələb ediblər, lakin sürücü bundan imtina edib. Polislər tapança ilə avtomobilin yan şüşələrini sındırıblar. Daha sonra hadisə yerindən qaçmağa çalışan sürücüyə atəş açılıb.

Nəticədə sürücü və onunla avtomobildə olan üç nəfər sərnişindən biri yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Sürücünün hüquq-mühafizə orqanlarında "son dərəcə mənfi xarakteristikaya malik şəxs" olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi