Parisin ən böyük hava limanında tətil keçirilir

Parisin ən böyük hava limanında tətil keçirilir Parisin Şarl de Qoll Hava Limanında (CDG) tətilçilər 2E terminalını mühasrəyə alıblar.
Digər ölkələr
2 İyul , 2021 17:50
Parisin ən böyük hava limanında tətil keçirilir

Parisin Şarl de Qoll Hava Limanında (CDG) tətilçilər 2E terminalını mühasirəyə alıblar.

“Report” “Le Parisien”ə istinadən xəbər verir ki, bu barədə paytaxt hava limanlarının operatoru “Paris Aeroport”dan bildiriblər.

Bəzi işçilərin məvacib artımını ləğv etməklə bağlı şirkət rəhbərliyinin planına qarşı olan, həmkarlar ittifaqının təşəbbüsü ilə keçirilən tətildə 400-dək işçi iştirak edir. Tətil səbəbindən bu gün səhər bəzi uçuşlarda gecikmə yaranıb, ayrı-ayrı uçuşlara bilet alan sərnişinlər başqa terminallara yönləndirilib.

Bundan əvvəl Fransa nəqliyyat naziri Jan Baptist Cabbari pandemiyaya görə Paris hava limanlarında işçilərin yarıbayarı ixtisarı və s. addımların zərurət halına gəldiyini bildirib.

Son xəbərlər

Orphus sistemi