Pedro Kastilyo Peruda prezident seçkilərində qalib gəlib

Pedro Kastilyo Peruda prezident seçkilərində qalib gəlib Seçki bülletenlərinin 100 %-nin hesablanmasının nəticəsinə əsasən solçu "Azad Peru" Partiyasından namizəd prezidentliyə namizəd Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
Digər ölkələr
16 İyun , 2021 04:12
Pedro Kastilyo Peruda prezident seçkilərində qalib gəlib
Pedro Kastilyo

Seçki bülletenlərinin 100 %-nin hesablanmasının nəticəsinə əsasən solçu "Azad Peru" Partiyasından namizəd prezidentliyə namizəd Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə yerli “El Comercio” qəzeti bildirib.

Məlumata görə, Kastilyo 50,125 % seçici səsi yığıb. Onun rəqibi, Perunun sabiq prezidenti Alberto Fuhimorinın qızı Keyko Fuhimori 49,875 % səs toplayıb. Kastilyonu mühafizəkarların seçkilərdəki namizədi Fuhimirodan təxminən 44 min səs ayırıb.

Nəşr qeyd edir ki, indi hakimiyyət namizədlərin seçkilərin gedişatındakı pozuntularla bağlı şikayətlərinə baxmalıdır. Bu prosesin tamamlanmasından sonra kimin qalib gəldiyi qəti aydın olacaq.

Son xəbərlər

Orphus sistemi