Pekin və Honkonqda karantinlə bağlı məhdudiyyətlər yumşaldılıb

Pekin və Honkonqda karantinlə bağlı məhdudiyyətlər yumşaldılıb Pekində xaricdən gələnlər üçün karantin müddəti azaldılıb, Honkonqda isə çimərliklər yenidən açılıb.
Digər ölkələr
5 May , 2022 13:15
Pekin və Honkonqda karantinlə bağlı məhdudiyyətlər yumşaldılıb

Pekində xaricdən gələnlər üçün karantin müddəti azaldılıb, Honkonqda isə çimərliklər yenidən açılıb.

“Report” AP-yə istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxmaların azalmasıdır.

Belə ki, Pekinə xaricdən gələnlər üçün mehmanxanada icbari təcrid müddəti 14 gün yox, 10 gündür. Honkonqda isə çimərlik və hovuzlar açılıb, açıq məkanlarda maskasız idmanla məşğul olmağa icazə verilib, restoranlarda bir masaya 8 nəfərədək müştəri otura bilər.

Qeyd edək ki, mart ayında koronavirusdan gündə 300 nəfərədək ölüm qeydə alınmış Honkonqda hazırda ölüm halları sıfırlanıb.

Xatırladaq ki, Çin hökuməti koronavirusa qarşı sıfır tolerans siyasətinə sadiq olaraq yoluxma işartıları üzə çıxan kimi sərt məhdudiyyətlərə əl atır.

Son xəbərlər

Orphus sistemi