Bu gün Çin Dövlət Təhlükəsizliyi Nazirliyi (Quoanbu) Pekində İsrail və Fələstin nümayəndələri arasında görüş təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə “Intellegence Online” nəşri məlumat yayıb.
Qeyd olunub ki, görüş Çinin BMT-dəki səfiri Çan Zyunun Yaxın Şərqə səfəri ərəfəsində keçiriləcək.
Xatırladaq ki, İsrail və Fələstinin nümayəndələri “Bir kəmər, bir yol” III Beynəlxalq Forumunda iştirak etmək üçün oktyabrın 17-də Çinin paytaxtına gəliblər.