Pensilvaniyada evdə kişi və qadın güllə yaraları ilə ölü tapılıblar

Pensilvaniyada evdə kişi və qadın güllə yaraları ilə ölü tapılıblar ABŞ-nin Pensilvaniya şəhərinin Makkisport şəhərində evdə güllə yarası almış kişi və qadının meyitləri aşkarlanıb.
Digər ölkələr
3 Dekabr , 2023 08:03
Pensilvaniyada evdə kişi və qadın güllə yaraları ilə ölü tapılıblar

ABŞ-nin Pensilvaniya şəhərinin Makkisport şəhərində evdə güllə yarası almış kişi və qadının meyitləri aşkarlanıb.

“Report” WPXI telekanalına istinadən xəbər verir ki, bu barədə Alleheyni dairəsinin polisi məlumat yayıb.

Polis silahlı insidentə nəyin səbəb olduğunu bilməsə də, ictimai təhlükənin olmadığını hesab edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi