Birləşmiş Ştatlar husilərlə müharibə aparmır və Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
"Biz münaqişəni yaymağa çalışmırıq, lakin bu ehtiyatsız hücumların davam etməsinə icazə verə bilmərik", - P.Rayder deyib.
Pentaqon rəsmisi qeyd edib ki, ABŞ husilərin mövqelərinə zərbələr endirməklə onların imkanlarını zəiflədə bilib.
Bundan əvvəl ABŞ Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə edilən hücumlara görə husiləri yenidən terror təşkilatları siyahısına salıb.