ABŞ prezidenti Co Bayden Pentaqonun Çin üzrə yeni işçi qrup yaratdığını açıqlayıb.
“Report”un məlumatına görə, qarşıdakı aylarda işçi qrup Çinlə bağlı prioritet təşkil edən tövsiyələr hazırlayacaq.
“Qrup sürətlə işləyəcək. Burada həm mülki, həm də nazirliyin hərbi mütəxəssisləri fəaliyyət göstərəcək. Çin tərəfindən artan çağırışlara cavab verməliyik”deyə, Bayden əlavə edib.