İŞİD terror qruplaşmasının minlərlə döyüşçüsü Əfqanıstandadır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi, ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi bildirib.
"İŞİD-in azı 2 000 radikal döyüşçüsü indi Əfqanıstandadır", - Makkenzi keçirdiyi brifinqində bildirib.
General həmçinin bundan əvvəl ABŞ-ın bütün hərbçilərinin Əfqanıstanı tərk etdiyini xəbər verib. O, bildirib ki, bununla da Birləşmiş Ştatların Əfqanıstandakı missiyası başa çatıb.
Daha əvvəl ABŞ prezidenti Cozef Bayden, habelə Birləşmiş Ştatların digər dövlət rəsmiləri də Əfqanıstanda İŞİD təhlükəsinin artdığını açıqlayıblar.