Pentaqon: ABŞ Əfqanıstan Müdafiə Nazirliyinə 6 hərbi baza təhvil verib

Pentaqon: ABŞ Əfqanıstan Müdafiə Nazirliyinə 6 hərbi baza təhvil verib Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin və hərbi texnikalarının 50 faizindən çoxu ölkədən çıxarılıb.
Digər ölkələr
8 İyun , 2021 18:28
Pentaqon: ABŞ Əfqanıstan Müdafiə Nazirliyinə 6 hərbi baza təhvil verib

Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin və hərbi texnikalarının 50 faizindən çoxu ölkədən çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama verib.

Açıqlamaya görə, prezident Co Baydenin Əfqanıstandan qoşunları 11 sentyabr tarixinədək çıxarmaqla bağlı qərarından sonra hərbi yükləri daşımaq üçün 500-dək təyyarə uçuşu həyata keçirilib, 13 minədək hərbi ləvazimat məhv edilmək üçün müvafiq qaydada təhvil verilib.

Ötən müddət ərzində ABŞ tərəfindən Əfqanıstan Müdafiə Nazirliyinə altı hərbi baza təhvil verildiyi də açıqlamada qeyd olunur.

Son xəbərlər

Orphus sistemi