ABŞ-ın Müdafiə Nazirliyi Nigerdəki heyətinin bir hissəsini Niameydən Aqadezə köçürür və həmçinin ölkədən az sayda qeyri-vacib personalı təxliyə edir.
“Report”un məlumatına görə, bu barədə “Al-Arabiya” adı açıqlanmayan ABŞ hərbi rəsmisinə istinadən xəbər verib.
"ABŞ-ın Müdafiə Nazirliyi ehtiyat tədbiri olaraq, Nigerdəki bəzi heyətini və texnikasını Niameydəki 101-ci Hərbi Hava Qüvvələri bazasından Aqadezdəki 201-ci Hərbi Hava Qüvvələri bazasına köçürür. Bundan əlavə, heç bir vacib ehtiyac olmayan az sayda şəxsi heyət və eyni avadanlıq Nigerdən çıxarılacaq", - telekanal mənbədən sitat gətirib.
“Al-Arabiyya”nin həmsöhbəti belə bir qərarın Nigerdəki Amerika qüvvələrinin ümumi balansını dəyişməyəcəyini vurğulayıb. O əlavə edib ki, eyni zamanda, ABŞ gələcək fəaliyyət üçün hadisələrin inkişafı üçün bütün variantları nəzərdən keçirməyə davam edəcək.
Mənbə bildirib ki, ABŞ Nigerdə konstitusiya nizamının və mülki idarəçiliyin qorunması üçün diplomatik səylərini davam etdirəcək.