ABŞ Müdafiə Nazirliyi transgenderlərin hərbi xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.
“Report”un məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
Yeni qaydalara görə, transseksual vətəndaşlar bir daha seçdiyi cinsə görə ABŞ ordusunun sıralarına qoşulmaq haqqı qazanırlar. Bundan əlavə, hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardım göstərilməsini təmin edəcək.
Qeyd edək ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifəyə sahib olmasına qarşı olduğunu bəyan etmişdi. 2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmət etməsini qadağan edən direktiv imzaladı.
Lakin, Ağ Evin rəhbəri Co Bayden olduqdan sonra o, sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.