Pentaqonun rəhbəri Lloyd Ostin gələn həftə Avropaya yola düşəcək, o cümlədən Latviyaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Departamenti məlumat yayıb.
Qeyd olunub ki, L.Ostin Avropa turnesinə avqustun 8-də yola düşəcək və ilk olaraq Ştutqarta (Almaniya) gedəcək.
“Daha sonra Pentaqonun rəhbəri Latviyaya gedəcək və orada yüksəksəviyyəli rəhbərlərlə görüşəcək və onlara ABŞ-ın Latviyada və bütün Baltik regionunda mövcudluğunu saxlamağa hazır olduğunu bildirəcək”, - ABŞ-ın Müdafiə Departamentindən bildirilib.