Peruda qızıl mədəninə hücum edilib, 9 nəfər öldürülüb

Peruda qızıl mədəninə hücum edilib, 9 nəfər öldürülüb Perunun Pataz əyalətində bir qrup silahlı şəxsin Poderosa qızıl şaxtasına basqın etməsi nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.
Digər ölkələr
3 Dekabr , 2023 06:42
Peruda qızıl mədəninə hücum edilib, 9 nəfər öldürülüb

Perunun Pataz əyalətində bir qrup silahlı şəxsin Poderosa qızıl şaxtasına basqın etməsi nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” “Bloomberg News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Peru milli polisi mədənə nəzarəti bərpa edib, silahları müsadirə edib və partlayıcılarla həyata keçirilmiş hücumda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Son xəbərlər

Orphus sistemi