Perunun şimalında turistləri daşıyan kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Naska şəhərində Mariya Reyşe hava limanı yaxınlığında qeydə alınıb. Qəza zamanı 7 nəfər həlak olub.
Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Təyyarənin aid olduğu “Aero Santos” turizm şirkətindən verilən açıqlamada, hava maşınında bir pilot, bir köməkçi pilot və beş xarici turistin olduğu qeyd edilir. Lakin turistlərin kimliyi və hansı ölkədən olduğu barədə məlumat verilməyib.
Perunun Nəqliyyat və Rabitə Nazirliyi, Milli Polisi qəza ilə bağlı araşdırmaya başlayıb.