Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb

Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb Perunun şimalındakı San Martin bölgəsində avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Digər ölkələr
24 Noyabr , 2024 17:37
Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb

Perunun şimalındakı San Martin bölgəsində avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, avtobus Moyobamba əyalətində Fernando Belaunde Terri şosesində "El Triunfo" kimi tanınan təhlükəli döngədə minik avtomobili ilə toqquşub. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

KİV-in məlumatına görə, Piura bölgəsini tərk edən avtobusda 58 sərnişin olub ki, onlardan 23-ü məktəblidir.

Ölkənin təhsil naziri Morqan Kero başsağlığı verib və hökumətə dəstək vəd edib.

Son xəbərlər

Orphus sistemi