ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti koronavirusa qarş peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.
“Report” DW-yə istinadən xəbər verir ki, bu barədə Norveç İctimai Səhiyyə İnstitutu bildirib.
Qurumun açıqlamasında “Pfizer”in illik istehsal gücünü 1,3 milyard dozdan 2 milyard dozayadək artırmağı qarşıya məqsəd qoyaraq texnoloji dəyişikliklər apardığı göstərilir.
“Biz gələn həftəyə “Pfizer”dən 43 875 dərman dozunu gözləyirdik. Artıq belə görünür ki, 36 075 doz alacağıq”, - deyə bəyanatda qeyd olunur.
“Pfizer” şirkətinin əvvəlki istehsalat gücünə nə vaxt qayıdacağının hələlik müəmmalı olduğu da vurğulanıb.