PKK terrorçuları tərəfindən İraqın şimalında Ərbil şəhərində təşkil edilən partlayış nəticəsində “peşmərgə” adlanan kürd silahlılarından biri həlak olub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Rudaw” internet resursu bildirib.
Məlumata görə, hadisə Sidekan yaşayış məntəqəsi ərazisində baş verib. Bildirilir ki, yolun kənarına qoyulmuş partlayıcı qurğu silahlıların olduğu avtomobil ərazidən keçərkən işə düşüb. Partlayış zamanı daha bir silahlı yaralanıb.