Vaşinqton və Pekin "üçün üçə" formulu üzrə məhbus mübadiləsi həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Çində cəza çəkən üç amerikalı - Devid Suidan, Kay Li və Con Lyunq ABŞ həbsxanalarında saxlanılan və adı açıqlanmayan 3 Çin vətəndaşı ilə dəyişdirilib. Mübadilə Ağ Ev və Dövlət Departamentinin nümayəndələrinin çinli həmkarları ilə apardıqları çoxillik danışıqlar nəticəsində baş tutub.
Daha əvvəl “Politico” sentyabrda ABŞ və Çinin məhbus mübadiləsi apararaq amerikalı Devid Linin Çin vətəndaşı ilə dəyişdirildiyini bildirmişdi.