Polşanın Belarus ilə sərhədi yaxınlığında 20 yaşlı Suriya vətəndaşının meyiti aşkarlanıb.
“Report” xəbər verir ki, Podlaskiye əyaləti (voyvodluq) polisinin tviter səhifəsində paylaşdığı məlumata görə, meşə sahəsində tapılmış meyit ölüm səbəbəini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizaya təhvil verilib.
Qeyd edək ki, iki ölkənin sərhədində qanunsuz miqrantlarla bağlı hazırkı böhran günlərində 5 miqrantın meyitinə rast gəlinib.