Polşa Belarus sərhədini tanklarla möhkəmləndirib

Polşa Belarus sərhədini tanklarla möhkəmləndirib Polşanın Milli Müdafiə Nazirliyi ölkənin şərqində, Çartaev kəndində yeni tank batalyonunun yerləşdirildiyini açıqlayıb.
Digər ölkələr
13 Noyabr , 2023 02:10
Polşa Belarus sərhədini tanklarla möhkəmləndirib

Polşanın Milli Müdafiə Nazirliyi ölkənin şərqində, Çartaev kəndində yeni tank batalyonunun yerləşdirildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, tank batalyonunun vəzifəsi təcavüzkarın qarşısını almaqdır. Qeyd olunub ki, tank batalyonu Cənubi Koreya istehsalı olan “K2” tankları ilə təchiz edilib.

Xatırladaq ki, Polşanın Çartaev kəndi Belarusun Bresta rayonu ilə həmsərhəddir.

Son xəbərlər

Orphus sistemi