Polşa Belarusla sərhəddə tankəleyhinə kirpilər düzür

Polşa Belarusla sərhəddə tankəleyhinə kirpilər düzür Martın 9-da Polşa Belarusla sərhədi möhkəmləndirməyə və orada tank əleyhinə kirpilər quraşdırmağa başlayıb.
Digər ölkələr
9 Mart , 2023 22:11
Polşa Belarusla sərhəddə tankəleyhinə kirpilər düzür

Martın 9-da Polşa Belarusla sərhədi möhkəmləndirməyə və orada tank əleyhinə kirpilər quraşdırmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşşak tviterdə bildirib.

“Fevral ayında Kalininqrad vilayəti ilə sərhəddə istehkamların quraşdırılmasına başlanılıb”, - müdafiə qurumunun başçısı qeyd edib.

Artıq bu gün hərbi qulluqçular Belarusla sərhəddə istehkamlar qurmağa başlayıblar.

Onun sözlərinə görə, bu, Polşanın müdafiə və çəkindirmə strategiyasının ünsürüdür.

Son xəbərlər

Orphus sistemi