“Müharibədən sonra Polşa ilə Ukrayna arasında hərbi ittifaq yarana bilər”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.
O bildirib ki, buna ümid edir: “Biz, həmçinin gözləyirik ki, Rusiya üzərində qələbədən sonra Ukrayna NATO-nun üzvü olacaq”.
Qeyd edək ki, fevralın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Aİ sammiti çərçivəsində polşalı həmkarı ilə görüşmüşdü.