“Ukraynanın döyüş meydanında qüvvələr balansını dəyişmək və üstünlüyü əldə etmək üçün kifayət qədər silahı varmı? Çox güman ki, cavab yox olacaq. Yəqin ki, onların kifayət qədər silahları yoxdur”.
“Report” xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda “The Washington Post”a müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna ordusu Rusiya qoşunlarına qarşı uğurlu əks-hücum keçirə bilmirlər.
Duda avqustun 1-də nəşrin suallarını cavablandırıb, lakin müsahibənin mətni avqustun 10-da dərc olunub.