Polşanın cənub-qərbində daş kömür mədənində metan qazından baş verən iki partlayış nəticəsində 5 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetssju hadisə yerində keçirdiyi brifinqdə bildirib.
“Dünyasını dəyişənlərdən əlavə, 7 nəfər mədənin keçidində qalıb. 20-dən çox şəxs isə ağır xəsarətlə hospitala yerləşdirilib”, - Baş nazir qeyd edib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatı davam edir.