ABŞ Belarus rəsmilərini respublikada demokratiyanı pozduğu üçün məsuliyyətə cəlb etməkdə davam edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo adından yayımlanan bəyanatda qeyd olunub.
Onun sözlərinə görə, Avropa İttifaqı və Amerika artıq bu ölkənin rəsmilərinə qarşı müvafiq addım atıb: “Bu davamlı olacaq”.
Qeyd edək ki, bu gün Avropa İttifaqı və ABŞ Belarus rəsmilərinə qarşı sanksiya tətbiq edib. Lakin, “qara siyahı” da ölkə prezidenti Aleksandr Lukaşenkonun adı yoxdur.