Portuqaliya parlamenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsini təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Radio e Televisao de Portugal” dövlət mediaqrupu məlumat yayıb.
Səsvermə zamanı 136 deputat qanun layihəsinin lehinə, 78 nəfər əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.