Portuqaliya sərhədlərini bazar ertəsindən (17 may – Red)etibarən əksər Avropa ölkələrindən gələn turistlər üçün açacaq.
“Report”un məlumatına görə, bu barədə Portuqaliyanın dövlət radiosu məlumat yayıb.
Sərhədlər Avropa Birliyi ölkələri ilə yanaşı, Şengen zonasına aid olan dövlətlər və İngiltərə üçün də açılacaq. Cənubi Afrika, Braziliya, Hindistan, Kipr, Xorvatiya, Litva, Niderland və İsveç üçün məhdudiyyətlər qalır.