Portuqaliyanın daxili işlər naziri Eduardo Kabrita ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib.
“Report” bu barədə
Qeyd edilir ki, hadisə 2020-ci ilin yayında qeydə alınıb. Nazirin salonunda olduğu avtomobil 166 km/saat sürətlə hərəkətdə olarkən yol işçisini vurub. İşçi aldığı ağır xəsarətlərdən ölüb.
Məlumata görə, nazir avtomobilə “ancaq sərnişin” kimi əyləşibmiş. Buna baxmayaraq sol mərkəzçi Sosialist Partiyası seçkilər ərəfəsində mümkün ittihamlardan xilas olmağa çalışır. Qeyd edək ki, seçkilər 2022-ci ilin 30 yanvarında keçiriləcək.