Rusiyanın sülh təşəbbüslərinin həyata keçirilməsi hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa imkan verərdi.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla ikitərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun fikrincə, Moskva ilə Kiyev arasında müvəqqəti barışıq və ya pauza yox, münaqişənin tam və qəti sonu olmalıdır.