"Rusiya-Çin münasibətləri getdikcə inkişaf edir və yeni səviyyələri fəth edir".
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə danışıqlar zamanı deyib.
O bildirib ki, 2024-cü ilə qədər iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq.
Putinin sözlərinə görə, Rusiya Federasiyası ilə Çin arasında əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Öz növbəsində, çinli diplomat iki dövlət arasında münasibətlərin beynəlxalq ictimaiyyətin təzyiqlərinə tab gətirdiyini və davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.