Qananın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Qananın hazırkı prezidenti seçkilərdə qalib gəlib Qananın hazırkı prezidenti Nana Akufo-Addo 7 dekabrda keçirilən seçkilərdə qalib gələrək ikinci müddətə prezident seçilib.
Digər ölkələr
10 Dekabr , 2020 01:31
Qananın hazırkı prezidenti seçkilərdə qalib gəlib
Nana Akufo-Addo

Qananın hazırkı prezidenti Nana Akufo-Addo 7 dekabrda keçirilən seçkilərdə qalib gələrək ikinci müddətə prezident seçilib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Ölkənin seçki komitəsinin rəhbəri Cin Mensa bildirib ki, seçicilərin 51,59 faizi Nana Akufo-Addoya səs verib. Hazırki prezident daha dörd il iqtidarda qalacaq.

Seçki komissiyasının rəhbəri seçkilərin dinc və insidentsiz keçdiyini vurğulayıb. Ümumilikdə 13 434 574 seçici seçki məntəqələrində səs verib.

Son xəbərlər

Orphus sistemi