NATO Qara dənizdə hərbi təlimlərə başlayıb

NATO Qara dənizdə hərbi təlimlərə başlayıb Qara dənizin Bolqarıstana aid hissəsində NATO-nun “Briz” adlı hərbi təlimləri başlanılıb.
Digər ölkələr
22 İyul , 2022 13:07
NATO Qara dənizdə hərbi təlimlərə başlayıb

Qara dənizin Bolqarıstana aid hissəsində NATO-nun “Briz” adlı hərbi təlimləri başlanılıb.

“Report” Bolqarıstanın “News.bg” nəşrinə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir.

Təlimlərdə Şimali Atlantika Alyansına daxil 11 ölkənin - Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə və Fransanın 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, 4 helikopteri və 1 390 hərbçisi cəlb edilib.

Gəmiəleyhinə üzən minalar riskini nəzərə alaraq, təlimlərin keçirildiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi