İndoneziyanın Kedunq Ombo su anbarında içərisində 20 nəfər olan qayıq aşıb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi bildirib.
Qeyd edilir ki, 11 nəfəri xilas etmək mümkün olub, doqquz nəfərin axtarışları davam edir. Hadisə yerinə dalğıc-xilasediciləri cəlb olunub.
Yerli hakimiyyət orqanları bildirib ki, qayıq insanlar selfi çəkməyə çalışarkən aşıb.