Qazaxıstan atom elektrik stansiyasının (AES) tikintisi üçün hazırlıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Maqzum Mirzəqaliyev bildirib.
Onun sözlərinə görə, əhalini və iqtisadiyyatı elektrik enerjisi ilə təmin etmək üçün AES-in tikintisi vacibdir.
Nazir qeyd edib ki, bu il Qazaxıstanda elektrik enerjisi qıtlığı yaranıb, bununla əlaqədar ölkə plansız şəkildə Rusiyadan elektrik enerjisi idxal etmək məcburiyyətində qalıb.
“Biz 2035-ci ilə qədər elektrik enerjisinin istehlak və istehsal balansını hesablamışıq və bu məqsədlə atom elektrik stansiyasının tikintisinə ehtiyac olduğunu aydın şəkildə görürük”, - Mirzəqaliyev vurğulayıb.
Nazir əlavə edib ki, AES-in tikintisi orta hesabla 10 ilə qədər çəkə bilər.