Qazaxıstanın Jambıl vilayətində hərbi hissədə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat açıqlayıb.
13:35
Qazaxıstanın Jambıl vilayətində hərbi hissədə baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən Qazaxıstan Müdafiə Nazirliyi ölkənin Jambıl vilayətində hərbi hissələrdən birinin anbarında partlayış və yanğın olması barədə məlumat yaymışdı.