Qazaxıstanda hərbi hissənin anbarında partlayış olub

Qazaxıstanda hərbi hissənin anbarında partlayış olub Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin anbarının yaxınlığında partlayış baş verib.
Digər ölkələr
26 Avqust , 2021 21:21
Qazaxıstanda hərbi hissənin anbarında partlayış olub

Qazaxıstanın cənubunda yerləşən Jambıl vilayətindəki hərbi hissənin anbarında baş verən partlayışda yaralıların sayı məlum olub.

"Report" TASS-a istinadən xəbər verir ki, yaralı sayı 60-dır, onlardan 11-i hərbçidir.

Bundan əvvəl yaralıların sayının 32 nəfər olduğu deyilirdi.

19:14

Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin anbarının yaxınlığında partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bayzak rayonunda yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində naməlum obyektdə partlayış olub. Yanğının söndürülməsinə Jambıl vilayətinin Fövqəladə Hallar İdarəsinin yanğınsöndürmə briqadaları kömək edir", - məlumatda deyilir.

İlkin məlumata görə, partlayış nəticəsində 30-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Son xəbərlər

Orphus sistemi