“ABŞ müttəfiqlərinin rəsmi Vaşinqtonla eyni vaxtda Əfqanıstandan qoşunlarını çıxarmağa çalışması təhlükəsizlik baxımından problemlərə səbəb ola bilər. Nəticədə Qərb diplomatları Kabili tərk edəcək”.
“Report”un məlumatına görə, bu barədə “
Nəşr qeyd edir ki, Almaniya da daxil olmaqla ABŞ-ın bir neçə müttəfiqi, Vaşinqtondan hərbçilərin logistik və maddi-texniki problemlərini həll etmək üçün ordusunun Əfqanıstandan gec çıxarmaqla bağlı müraciət edib.
“Hərçənd ki, Co Bayden 11 sentyabr tarixinə qədər Əfqanıstanda heç bir Amerika əsgərinin qalmayacağına söz versə də, ordu rəhbərliyi hərbçilərin əsas hissəsini 4 İyul - Müstəqillik Gününə qədər evlərinə qaytarmağı planlaşdırır. Lakin bəzi ölkələr bu vaxta qədər əsgərlərinin çıxarılmasını həyata keçirə bilməyəcək.
Digər müttəfiqləri kimi Türkiyənin də, Kabil beynəlxalq hava limanını qorumaq üçün ayrmaq istədiyi qüvvələri geri çəkmək niyyətində olması, Qərbin Əfqanıstanda mövcudluğu üçün xüsusi problemlər yaradır. Belə ki, gələcəkdə Talibanın paytaxtı ələ keçirmək cəhdi baş verərsə, ölkəni təhlükəsiz tərk etmək istəyən avropalı diplomatları qoruyacaq türk əsgərləri olmayacaq”.