Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 15 523 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Eyni zamanda 41 316 şəxs müxtəlif xəsarətlər alıb.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.