Qəzza zolağının şimalını azı 800 min dinc sakin tərk edib.
“Report” xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun sözçüsü Conatan Konrikus bildirib.
“Döyüşlər gedən əsas ərazidən, şimaldan 800 mindən çox fələstinlinin təxliyə edilməsini görmək xoşdur”, - o vurğulayıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2020-ci ilin iyul ayına olan təxminlərinə görə, Qəzza zolağında 360 kvadratkilometrlik ərazidə 1 918 221 nəfər yaşayır.